“Nar bayramı” MDB-nin ən reytinqli payız festivalı oldu

3 Oktyabr 2018 20:11 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, siyahıya Azərbaycanın Göyçay rayonunda 2006-cı ildən hər il keçirilən "Nar bayramı" başçılıq edir. Qeyd olunur ki, oktyabrın 26-dan noyabrın 7-dək keçiriləcək festival iştirakçılarına 60 növdən çox nar və nar şirəsi, həmçinin digər nar məhsulları təklif olunur.

Festivalın keçirildiyi Göyçayda hər il 30 ton nar yığılır.

Siyahıda ilk üçlüyə 6-7 oktyabrda Moldovada keçiriləcək "Şərab günü" də var.

Kişinyovdakı festivalda qonaqları şərabçıların paradı, Moldova istehsallı şərabların dequstasiyası, sərgi-satışı və yerli sənətkarların yarmarkası gözləyir.

AzNews.az