Üzgüçümüz Dünya Kubokunda iki medal qazandı - Biri qızıldır

3 Oktyabr 2018 20:53 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

M.Şemberev 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medal qazanıb.

F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.

AzNews.az