Mahir Məmmədov FIDE-nin vitse-prezidenti təyin olundu

3 Oktyabr 2018 21:37 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.

Bundan əvvəl A.Dvorkoviç seçkilərdə qalib gələcəyi təqdirdə FIDE rəhbərliyinə daxil olunacaq komandasını təqdim edərək bildirmişdi ki, fransız Başar Kuatli birinci vitse-prezident, azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqa vitse-prezident vəzifələrində çalışacaqlar.

AzNews.az