“Bir səhv bizə baha başa gəldi” - “Qəbələ”nin futbolçusu

3 Oktyabr 2018 22:09 (UTC+04:00)

Bunu açıqlamasında "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əli Sadıxov UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"i ilə 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi buraxdıqları qoldan da söz açıb: "Bir səhv bizə baha başa gəldi. İnanıram ki, cavab qarşılaşmasında qələbə qazanacağıq".

Oyunun 57-ci dəqiqəsində penaltidən hesabı bərabərləşdirən oyunçu vurduğu qol barədə də fikirlərini bölüşüb: "Həmin an həyəcanlı deyildim. Tam rahatlıqla penaltini dəqiq yerinə yetirdim. Komanda cavab matçında qələbə üçün çalışacaq. Bundan başqa, heç nə fikirləşmək istəmirik".(report.az)

AzNews.az