Qayınanası və əri gənc qadını xəstəxanalıq etdi

3 Oktyabr 2018 22:31 (UTC+04:00)

Bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Ləman Tərlan qızı İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, L.İbrahimova müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Qadına lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az