Buna səbəb ekran işində Qaziantepin mənfi tərəfdən təbliğ olunmasıdır.
Baş rollarda Nurgül Yeşilçay və Timuçin Esenin oynadığı serialın çəkilişləri Qaziantepdə aparılır. Yerli sakinlər bildirib ki, Qaziantep layihədə pis təqdim olunur. Ən maraqlı reaksiyanı Şəhər Şurası verib. Şəhərin təbliği üçün milyonlarla lirə xərcləndiyini, amma serial üzündən əziyyətin heçə endiyi irəli sürüb.
“Gülperi” serialının çəkilişləri Qaziantepdə aparılmasına, Qaziantep mənzərələrinin göstərilməsinə və məşhur milli yeməklərinin yer aldığı səhnələrin olmasına baxmayaraq, regionun Taşkıran adlandırılması və Qaziantepin nömrəsinin 27 deyil, 82 (xəyali şəhər) nömrəli avtomobillərin istifadə edilməsi, əlavə olaraq tayfa həyatının ön plana çıxarılması ilk bölümdən böyük etiraza səbəb olub. Yerli sakinlər serialın yayımdan qaldırılmasını tələb edib.
Serialın yayımdan qaldırılması üçün sosial mediada imza kampaniyalarına start verilib, Radio Televiziya Şurasına çoxsaylı şikayət ərizəsi yazılıb.(publika.az)
AzNews.az