Bakıda avtomobil tunelə düşdü - Dəhşətli qəza -VİDEO

4 Oktyabr 2018 10:42 (UTC+04:00)

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Babək prospektindən şəhər istiqamətinə hərəkət edən "Kia Cerato" markalı avtomobil Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki tuneldə bardürü aşıraraq tunelə düşüb.

Şahidlərin sözlərinə görə, avtomobildə sürücüdən başqa heç kim olmayıb. O, sərnişinlərin köməyi ilə maşından çıxarılıb.