“Apple“ şirkəti üzr istədi

2 Aprel 2013 19:16 (UTC+04:00)


Martın sonlarında Çinin dövlət kütləvi-informasiya vasitələri "Apple" şirkətinin Çindəki xidmət və zəmanət siyasətini tənqid atəşinə tutmuş, şirkəti təkəbbürlülükdə və çinli istehlakçılara qarşı ayrıseçkilikdə ittiham etmişdi.

"Apple" şirkətinin icraçı direktoru Tim Kuk çinli istehlakçılardan üzr istəyərkən bildirib ki, baş verənlər anlaşılmazlıqdır və bundan sonra şirkət ciddi qüsurları olan smartfonları təmir etməyəcək, əvəzində yeniləri ilə dəyişdirəcək.

AzNews.az