Skripkaçı Ramin Qahirədə çıxış edəcək

2 Aprel 2013 16:50 (UTC+04:00)
Aprel ayının 18-dən 26-na qədər Misirin paytaxtı Qahirə şəhərində beynəlxalq musiqi festivalı keçiriləcək. Sevindirici haldır ki, festivalda bizim musiqiçilər də iştirak edəcək. Qeyd edək ki, Mehri Arif qızı Əsədullayevanın ansamblının tərkibində virtooz skripka ifacısı Ramin Həsənov da çıxış edəcək.

AzNews.az