Pan Gi Mundan Şimali Koreyaya xəbərdarlıq

2 Aprel 2013 21:01 (UTC+04:00)


O, Şimali Koreya böhranının artıq çox getdiyini söyləyib.

Cənubi Koreyanın keçmiş Xarici İşlər Naziri olan Pan Gi Mun Şimali Koreyanın Yongbyon nüvə qurğularını yeniden işə salacağı haqda bəyanatından sonra danışıb.
O Andorrada keçirilən mətbuat konfransında Şimali Koreyanın yaratdığı gərginliyini təhlükəli ola biləcəyini söyləyib.

Xatırladaq ki, bu gün Şimali Koreya 2007-ci ildə fəaliyyəti dayandırılmış Yongbyon nüvə kompleksinin bütün qurğularını yenidən fəaliyətə başlayacağını haqqında bəyanat verib.

Şamxal Əbilov
AzNews.az