Amerika Şimali Koreyaya qarşı hərbi tədbirlər görür

2 Aprel 2013 21:32 (UTC+04:00)


Şimali Koreya ilə artan gərginliyin qarşısını almağa çalışan Amerika Birləşmiş Statları eyni zamanda Seul və Tokiyodakı müttəfiqlərini əmin etməyə çalışır ki, Amerika Pypngyang tərəfindən atılan hər bir təhlükəli addıma qarşılıq vermək iqtidarındadır.

Rəsmilər bazar ertəsi balistik raket müdafiə sistemi üçün istifadə olunan USS John McCain adlı birinci idarə olunan raket dağıdıcını Koreya yarımadasına fəaliyyət başladığını bildiriblər.

USS Decater adlı ikinci raket dağıdıcının regina yerləşdirildiyini bildirən Amerika rəsmiləri bu haqda daha ətraflı məlumat verməyiblər.

ABŞ-ı bu addımı atmağa vadar edən bu gün Şimali Koreyanın 2007-ci ildə fəaliyyəti dayandırılmış Yongbyon nüvə kompleksinin bütün qurğularını yenidən fəaliyətə başlayacağını haqqında bəyanatı olub.

Şamxal Əbilov
AzNews.az