Yeni Ermənistan elan olunacaq

3 Aprel 2013 05:05 (UTC+04:00)
"Aprelin 9-u saat 11-də biz yeni Ermənistan elan edəcəyik"


APA-nın "News.am"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovanisyan Eçmiədzin şəhərində çıxışı zamanı bəyan edib. "Aprelin 9-u saat 11-dən Yeni Ermənistanın elan olunmasına start veriləcək. Bu mənim təşəbbüsüm deyil, bu – sizin yekdilliklə 18 fevralda dəstək verdiyiniz vətənimizin gələcəyidir. O zaman biz hamımız qərar verdik: heç kim və heç vaxt bundan sonra bizim iradəmizi əlimizdən ala bilməz", deyə Ovanisyan bəyan edib.

Yeni Ermənistanda hər bir şəxs öz yerində olacaq və öz işi ilə məşğul olacaq. "Hakimiyyət ona buna, yerli ya da partiyalılara bölünməyəcək. Polis öz xalqının iradəsini ayaq altına qoymayacaq, ona xidmət edəcək, rahatlığınl qoruyacaq", - deyə Ovanisyan bəyan edib. O əlavə edib ki, hakimiyyət dəyişikliyi bir damla qansız baş tutacaq. "Biz hər cür zorakılığa qarşı çıxırıq. Biz çox adam itirmişik, bundan sonra bir damla belə qan itirməməliyik. Heç vaxt! Biz təbəssüm və salamlarla gələcəyik. Biz hər yerdəyik. Meydanlarda, universitetlərdə, küçələrdə, şəhərlərdə və kəndlərdə. Hər yerdə, hətta bir erməni belə olan yerdə", deyə Ovanisyan qeyd edib.

AzNews.az