Gülər Əhmədova yeni vəkil tutdu

3 Aprel 2013 07:38 (UTC+04:00)



AzNews.az-a daxil olan məlumata görə, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə video qalmaqalında hallandırılan keçmiş millət vəkili Gülər Əhmədova ilk vəkili olan Eldar Qədimi ilə müqaviləyə son verib.

Bir müddət əvvəl mətbuatda G.Əhmədovanın Eldar Qədimiyə vəd edilən qonararı ödəmədiyinə dair məlumatlar yayılsa da, E.Qədimi qonararla bağlı G.Əhmədova ilə aralarında heç bir fikir ayrılığının olmadığını bildimişdi. Bununla belə bundan sonra vəkil olaraq kimin xidmətindən istifadə edəcəyi qərarını Gülər Əhmədovanın verəcəyini vurğulamışdı.

AzNews.az-ın əldə etdiyi məlumata görə, artıq E.Qədimi Gülər Əhmədovanın vəkili kimi fəaliyyət göstərmir. Keçmiş deputatın digər vəkili Raqif Mustafayev AzNews.az-a açıqlamasında Eldar Qədimi ilə razılaşmanın rəsmi qaydada ləğv edilmədiyini bildirib: "Ancaq Gülər Əhmədova mühüm tapşırıqlarını mənə verir".

Digər məlumata görə isə, artıq Gülər Əhmədovanı müdafiə etmək üçün yeni vəkillə razılıq əldə edilib.

Bundan sonra Gülər Əhmədovanın hüquqlarını daha bir vəkil- Agayev Mubariz Bakir oglu qoruyacaq.

Elnarə Əlosmanqızı
AzNews.az