Koreyaya iki hərbi göndərildi

3 Aprel 2013 07:39 (UTC+04:00)
ABŞ Koreya yarımadasına "İcis" zenit-raket kompleksləri ilə təchiz olunmuş "Con Makkeyn" və "Dekatur" adlı iki hərbi gəmi göndərib. APA-nın "İTAR-TASS"a verdiyi xəbərə görə, bu barədə Pentaqonun nümayəndələri məlumat verib.

"Gəmilər Sakit okeanın qərb hissəsində təyin olunmuş rayonlara çatıb, onlar bizim müttəfiqlərimizə və ya bizim ərazimizə bütün təhdidlərə reaksiya verməyə hazırdır", deyə ABŞ müdafiə nazirliyinin sözçüsü Corc Littl qeyd edib.

AzNews.az