Maykl Ceksonun həkimi danışdı

3 Aprel 2013 07:59 (UTC+04:00)



CNN-ın xəbərinə görə, hazırda həbsxanada olan həkim müsahibəni elə həbsxanadan verib.

İstintaqın versiyasına görə, Mürrer Ceksona yüksək dozada propofol verib ki, bu da digər dərmanlarla təsir nəticəsində müğənniyə öldürücü təsir göstərib.

Mürrer isə müsahibəsində Ceksonun evinə propofol gətirmədiyini bildirib.

Qeyd edək ki, müğənninin anası Ketrin Cekson 2010-cu ildə Los-Ancelos məhkəməsinə müraciət edərək "AEG Live" şirkətini Mürreri Ceksona həkim təyin etməkdə ehtiyatsızlığa yol verməkdə ittiham edib. Müğənninin ailə üvzləri belə hesab edir ki, şirkət Maykl Ceksona təzyiq edib və bu, onun səhhətinə mənfi təsir göstərib.

Elnarə Əlosmanqızı
AzNews.az