Futbolda yeni bir sistem

3 Aprel 2013 08:20 (UTC+04:00)
DÇ-2014-ün final mərhələsində istifadə olunacaq daha bir qolların avtomatik qeydə alınma sistemi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyadakı mundialda qapılarını texnologiyalara açacaq FİFA "GoalControl-4D" sisteminə üstünlük verib.

Bundan əvvəl isə adıçəkilən texnologiya bu ilin iyununda baş tutacaq Konfederasiyalar kubokunda da sınanacaq. Hər hansı problemin yaşanacağı halda dünya futbol qurumu qərarını dəyişə bilər.

Qeyd edək ki, "GoalControl-4D" FİFA-dan lisenziya alan 4-cü belə sistemdir. Bunadək "Hawk-Eye", "GoalRef" və "Cairos" da buna nail olmuşdu.

AzNews.az