DİN-də yeni təyinat

3 Aprel 2013 08:29 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının qəbul otağının ötən ilin dekabrında işdən kənərlaşdırılan və daxili işlər orqanlarından xaric edilən müdiri, polis polkovnik-leytenantı Həbib Məmmədovun yerinə yeni müdir təyin edilib.

AzNews.az-a daxil olan məlumata görə, bu vəzifəyə hospitalın həkimi Əhmədova Rəna Əbdül qızı təyin olunub. Qeyd edək ki, R.Əhmədova DİN-in beynəlxalq əməkdaşlıq idarəsinin keçmiş rəisi, hazırda təqaüddə olan Əbdül Əhmədovun qızıdır.

Xatırladaq ki, qəbul otağının əvvəlki müdiri Həbib Adaş oğlu Məmmədovun həbs edilməsinə səbəb hospitala müraciət edən Sabunçu rayon 12-ci polis bölməsinin sahə müfəttişi, polis kapitanı Ümid Umudovdan 120 manat rüşvət alması olmuşdu.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları ötən il dekabrın 4-də günorta saatlarında həmin vaxt qəbul şöbəsində olanların gözü önündə H.Məmmədovun qollarını qandallayaraq aparmışdılar.

Azər
AzNews.az