Şöbə müdiri ilə millət vəkili qohum oldu

3 Aprel 2013 08:44 (UTC+04:00)
Azərbaycanda daha bir deputat-məmur qohumluğu baş tutub.

"Qafqazinfo" xəbər verir ki, Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyev Gəncədən seçilən deputat Xanlar Fətiyevlə qohum olub. Şöbə müdirinin oğlu Böyükağa Quliyev deputatın qızı ilə nişanlanıb. Onların yaxın günlərdə toyu olacaq.

Xanlar Fətiyev Milli Məclisin ən varlı deputatlarından biridir. O, 1994-1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003-2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir.
Böyükağa Quliyev isə AZAL-da işləyir.

AzNews.az