Müdafiə naziri: “Zəif tərəflərimiz müəyyənləşdirilib“

3 Aprel 2013 09:25 (UTC+04:00)
"Kənardan işğalçı qüvvələrin münasibəti Gürcüstanı hər zaman döyüş hazırlığı vəziyyətində olmağa vadar edir".

Ans pressin məlumatına görə, bunu Gürcüstan müdafiə naziri İrakli Alasaniya jurnalistlərlə görüşündə bildirib.

"Zəif tərəflərimiz müəyyənləşdirilib. Onların aradan qaldırılması ilə bağlı artıq baş nazir, eləcə də maliyyə nazirinin birgə iştirakı ilə məsləhətləşmələr keçirilib. Döyüş hazırlığımızı yüksək səviyyəyə gətirmək üçün hər şeyi edirik. Bilirsiniz ki, işğalçı qüvvələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan münasibətinin dəyişməsinə dair heç bir əlamət hiss olunmur. Onların beynəlxalq prinsipləri pozması bizə bu gün də əsas verir ki, daim döyüş vəziyyətinə hazır olaq",- deyə Gürcüstan müdafiə naziri İrakli Alasaniya bildirib.

AzNews.az