Nazirlik məhkəməyə üz tutdu

3 Aprel 2013 09:34 (UTC+04:00)



Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilən qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub.

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 29 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 17 iş üzrə 28900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 28 iş üzrə 5511,78 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 116 iş üzrə 13826,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi
üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 18, məhkəmələrə isə 1 iş göndərilib.

Elnarə
AzNews.az