İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb - Fotolar

8 Oktyabr 2018 17:24 (UTC+04:00)

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova iştirak ediblər.

AzNews.az xəbər verir ki, tədbirdə İsveçrədəki Azərbaycan diasporunun fəaliyyəti, problemlər və gələcək planlar müzakirə olunub. Bu ölkədəki cəmiyyət rəhbərləri və üzvlərinin bir araya gətirilməsinin, onların əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının yaradılması qərara alınıb. Şurada Basel-Stadt “Azərbaycan Dostları” Birliyi, Berndə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) və Azərbaycan-İsveçrə Türk Cəmiyyəti təmsil olunur. Şuranın əlaqələndiricisi isə AİMM-in sədri Qasım Nəsirov seçilib.

Daha sonra Dövlət Komitəsi ilə İsveçrə Konfederasiyasındakı Səfirliyimizin birgə layihəsi olan “Qarabağ” adlı Azərbaycan məktəbinin açılışı olub.

AzNews.az