Rus “OMON“-u azərbaycanlıların bazarına hücum etdi - YENİLƏNİB

3 Aprel 2013 10:17 (UTC+04:00)


15:38

Rusiyanın paytaxtı Moskva şəhərindəkı "Pakrov" topdansatış meyvə-tərəvəz bazasına xüsusi təyinatlı polis dəstələri tərəfindən həyata keçirilən hücumla bağlı yeni məlumatlar əldə etmişik.

Aldıgımız son məlumatlarda bildirilir ki, bazara gələnlər təkcə "OMON"-çular olmayıb. Belə ki, əsasən azərbaycanlıların çalışdığı bazara eyni zamanda milis, miqrasiya idarəsinin işçiləri də gəliblər. Maraqlısı isə odur ki, onları həm də çəkiliş qrupu da müşaiyyət edib və onlar baş verənləri lentə köçürüblər.

Moskvada dərc olunan "Millətin səsi" qazetinin baş redaktoru Aqil Alişanovun AzNews.az-a verdiyi xəbərə görə, səhər saat 5-dən bazara girən OMON və milisler içərisi azərbaycanlılarla dolu olan 20, bəzi məlumatlara görə isə 25 avtobusu polis bölməsinə aparıblar. Onların sənədlərinin qaydasında olmadığını əsas gətirən OMON əlavə heç bir məlumat verməyib. Soydaşlarımız isə bu kimi halların intensive xarakter alacağından ehtiyyatlanırlar.

Sənədləri qaydasında olanların isə Miqrasiya İdarəsinin işçiləri tərəfindən sorğu-sual edildikdən sonar sərbəst buraxıldıqları bildirilir. Sənədlərində hər hansı problem olanların isı deportasiya ediləcəyi gözlənilir.

12:27

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərindəkı "Pakrov" topdansatış meyvə-tərəvəz bazasına xüsusi təyinatlı polis dəstələri hücum edib. Bu barədə AzNews.az-a həmin bazarda çalışan soydaşlarımızdan məlumat daxil olub.

Onların sözlərinə görə, 100-ə yaxın OMON-çu bazara gələrək azərbaycanlılara qarşı xüsusilə aqeresivlik nümayiş etdiriblər. Onların bazarda çalışan soydaşlarımıza qarşı belə davranışının, ümumiyyətlə 100-ə yaxın xüsusi təyinatlının obyektə gəlməsinin səbəbləri ilə bağlı isə hər hansı açıqlama verilməyib.

Soydaşlarımız bildirib ki, belə hadisə bir neçə həftə bundan əvvəl də baş verib. Ancaq o zaman xüsusi təyinatlılarla aparılan müzakirələrdən sonra onlar bazarı tərk ediblər.

Həmin hadisədə xüsusi təyinatlılar bazara gəlişlərinin səbəbini obyektin bağlanacağı ilə izah etməyə çalışıblar. Ancaq aparılan müzakirələr nəticəsində bazarın bu ilin sonuna qədər fəaliyyət göstərəcəyinə dair razılıq əıdə edilib. Bu razılıqdan sonra 100-ə yaxın xüsusi təyinatlının 10 avtobusda yenidən bazara hücum etməsinin səbəbləri naməlumdur.

Bu dəqiqələrə olan məlumata görə, xüsusi təyinatlılar hazırda meyvə tərəvəz bazasının "Yuxari bazar" deyilən ərazisindədirlər. Həmin ərazi azərbaycanlıların sayca daha çox olduğu yer kimi tanınır.

Azər
AzNews.az