Övladlarının aclığına dözmədi, özünü öldürdü

3 Aprel 2013 10:22 (UTC+04:00)
AzNews.az xəbər verdiyi kimi, dünən geçə Sabunçu rayonu, Pirşağı qəsəbəsi Sovxoz küçəsi ev 32, mənzil-2 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Astarov Polad Abil oğlu özünü yaşadığı evdə asıb. Mərhumun intihar səbəbi onun kasıb olması imiş. Belə ki, Sabunçu Rayon Prokurorluğundan mətbuata verilən məlumata görə, övladlarının ac qalmasına dözməyən ata çıxış yolunu öz həyatına qəsd etməkdə görüb.

"Kasıblıqdan əziyyət çəkirik. İki uşağım yarıac, yarıtox dolanır. Polad uşaqları bu vəziyyətdə görüb dözə bilmirdi. Mühafizəçi işləyirdi. Aldığı maaş dolanışığımıza bəs etmirdi. Axırda da özünü öldürdü", - deyə mərhumun həyat yoldaşı hadisədən sonra istintaqa belə deyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumat üçün deyək ki, P.Astarov Bakıdakı mühafizə xidmətlərindən birində işləyirmiş.

AzNews.az