Ramil Usubov yeni polis rəisi təyin etdi - ÖZƏL

9 Oktyabr 2018 09:56 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə Ağdam Polis Şöbəsinin rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək, Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib.

Ağdam rayon Polis Şöbəsindən AzNews.az-a verilən açıqlamada fakt təsdiqlənib.

Qeyd edək ki, bir müddət əvvəl polis-polkovniki Rauf Məcidov Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az