Sabaha olan hava proqnozu

3 Aprel 2013 10:35 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

AzNews.az