İlham Əliyev və xanımı Olimpia Komitəsinə üzv seçilib

3 Aprel 2013 11:05 (UTC+04:00)
Milli Olimpia Komitəsinin (MOK) VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Trend-in məlumatına görə, MOK İcraiyyə Komitəsinə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionları Rəfiqə Şabanova, Zemfira Mehtəhəddinova və Namiq Abdullayev, Azərbaycan "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Əbiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov, əməkdar idman ustası Ələkbər Məmmədov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Ordu İdman Klubunun rəisi Natiq Əliyev, AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyev, Naxçıvan MR-nın gənclər və idman naziri Azad Cabbarov üzv seçiliblər.

AzNews.az