Azərbaycan gənclərinin təklifləri BMT-də

3 Aprel 2013 11:20 (UTC+04:00)


Bu toplantılarda 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı ölkə gənclərinin təklifləri müzakirəyə çıxarılacaq.

Şirvan, Lənkəran, Tərtər, Zaqatala və Bakıda keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim ediləcək. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. İlk milli gənclər müzakirəsi 5-6 aprel 2013-ci il tarixlərdə Şirvan şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumları, o cümlədən BMT agentliklərindən təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Azər
AzNews.az