Universitet dekanının əxlaqsızlıq yuvası
3 Aprel 2013 11:27 (UTC+04:00)
Tacikistanda Xucan Dövlət Universitetinin xarici dillər fakültəsinin dekanı, professor M. Zikiryayev əxlaqsızlıq yuvası saxlamaqda və aradüzəldən işləməkdə şübhəli bilinir.
Zikiryayev barəsində respublikanın cinayət məcəlləsi əsasında iş açılıb. Professora yaşadığı ərazini tərk etməmək barədə göstəriş verilib.
Tacikistanın "Avesta" xəbər agentliyinin verdiyi məlumata görə, rəsmilər artıq dekanın cinayət törətdiyi barədə faktlar toplayaraq məhkəməyə təqdim ediblər. Məsələ barəsində ictimaiyyətə hələ ki, geniş açıqlama verilməyib, ola bilər ki, məhkəmə prosesinə universitetin başqa nümayəndələri də cəlb edilsin. //ann.az
AzNews.az