Saç tökülməsi hansı xəstəliklərin carçısıdır?

10 Oktyabr 2018 09:18 (UTC+04:00)

Son vaxtlarda, saçınızı daradığınız zaman darağınızda həddindən artıq saç teli görürsünüzsə, bu vəziyyət əvvəlcə normal qarşılanır. Ancaq bu problem davam edərsə, çox ciddi xəstəliklərin xəbərçisi ola bilər. Vitamin çatımazlığından, qan azlğına qədər bir çox xəstəliyin daşıyıcısı olmanız mümkündür.

AzNews.az saçların sağlamlığınız haqqında göstərdiyi əlamətləri təqdim edir.

Qandakı dəmir çatışmazlığı

Dəmir çatışmazlığı sadəcə yorğunluq və başın fırlanmasına səbəb olmaz, eyni zamanda saçlarda və qaşlarda tökülmə ilə nəticələnə bilər.

Dəmir çatışmazlığı səbəbilə saç tökülməsindən şikayətlənənlər müalicə aldıqmaqla problemi aradan qaldıra bilərlər.

Vitamin çatışmazlığı

Qeyri-kafi qidalanma və şüursuz pəhrizlər bədəndəki saçların ehtiyac duyduğu mineralların itirilməsinə səbəb olur. Saçların ümumilikdə A, E, B və D vitaminlərinə ehtiyacları var.

Protein çatışmazlığı

Saçlar keratin adı verilən bir proteindən ibarətdir. Bu vəziyyət saçların sağlam uzanması üçün sağlam proteinin lazımlı olduğunu göstərməkdədir.

Bu vəziyyətdə əgər saçlarınız uzanmır və qırılırsa lazımlı dərəcədə protein qəbul etmirsiniz deməkdir.

Susuz qalmaq

Bədəninizin təxminən 60 faizi sudan ibarətdir. Susuz qaldığımız vaxtlarda, həm özünüzü halsız hiss edər, həm də saçlarınızı tökülməsinə və cansız qalmasına səbəb olarsınız.

Polikistik over sindiromu

Polikistik over sindiromu doğum əvvəlində bir çox qadınlarda görülür. Polikistik over sindiromlu qadınlar hormonal balanssızlığa sahibdirlər. Ani başlayan və birdən çox tez saç tökülməsi problemi varsa, test üçün müraciət etməniz lazımdır.

Tiroid problemi

Tiroid vəzinin lazımlı miqdarda hormon istehsal etmədiyi və ya artıq hormon istehsal etdiyi vəziyyətlərdə saçlar hədsiz qırılan hala gəlir və saç tökülməsinə səbəb olur.

Çox tez qopan saçlar tiroidinizin normal olmayan səviyyədə işlədiyi mənasına gələ bilər.

Nigar CƏFƏR

AzNews.az