Saralmış dişlərdən xilas olmağın təbii yolları

10 Oktyabr 2018 09:28 (UTC+04:00)

Dişləri saralan insanlar xarici görünüşdən başqa, həm də ruhən sıxıntı yaşayırlar. Siz də dişlərinizin ağarmasını istəyirsinizsə və bunun üçün diş həkiminizdən fobiyanıza və ya başqa problemlərinizə görə yardım ala bilmirsinizsə, o zaman bunu təbii yollarla etməyə çalışın.

AzNews.az həmin təbii üsulları təqdim edir:

Bir çay qaşığı qabartma tozunu və bir çay qaşığı ada çayını qaraşdırın. Həmin qarışıqla dişlərinizi fırçalayın. Həftədə bir dəfə, yetişmiş çiyələyə diş fırçasını batırın və dişlərinizi fırçalayın. Bu proses ağız qoxusunu aradan qaldırmaqla yanaşı, həm də dişlərinizin ağarmasını da tənzimləyəcək. Bir çay qaşığı çay sodası, yarım limon suyu və 1-2 damla zeytun yağını qarışdırın. Qarışığı həftədə iki-üç dəfə dişlərinizə sürtün.

Bu üsullardan istifadə etdiyiniz zaman ağ, parlaq və ağız dolusu gülümsəməyə sahib olacaqsınız.

Nigar CƏFƏR,

AzNews.az