Lənkəranda Tale Bağırzadənin həbsinə etiraz

3 Aprel 2013 11:58 (UTC+04:00)
Aprelin 2-də axşam namazından sonra Lənkəranın "Hüseniyyə" məscidin önünə toplaşan insanlar ilahiyyatçı Tale Bağırzadənin həbsinə etirazlarını bildiriblər. Bunu Azadlıq radiosuna dindar kəsimdən olan insanların hüquqlarını müdafiə edən Sədi Kazımov deyib. Onun dediyinə görə, əslən Lənkəran şəhərindən olan ilahiyyatçı Zülfüqar Mikayılovun izlənməsi ilə bağlı məlumatlar bəzi insanlarda narahatçılıq yaradıb.

İnsanlar ilahiyyatçının həbs ediləcəyindən narahatdılar. Onların sözlərinə görə, Zülfüqar Mikayılov həbs ediləcəyi təqdirdə etiraz aksiyasına başlayacaqlar.


Sədi Kazımov bildirib ki, etirazçılar saat 10-na kimi məscidin qarşısında dayanıblar.

Ancaq Lənkəran rayon Polis İdarəsinin növbətçi hissəsindən bu məlumatı təsdiqləməyiblər. Növbətçi hissədən bildiriblər ki, onlara bununla bağlı məlumat daxil olmayıb.

AzNews.az