“Azərbaycan kommunistləri Moskvaya gedəcək” - partiya sədri

10 Oktyabr 2018 12:12 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov cari il ərzində partiyada həyata keçirilən işlər barəsində AzNews.az-a açıqlama verib.

O, qeyd edib ki, rəhbəri olduğu partiyada bu ilin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulan işlər həyata keçirilir.

Partiya sədrinin sözlərinə görə, AKP Beynəlxalq Kommunist Partiyasının Moldova və Moskvada keçiriləcək iclaslarında ölkəmizi təmsil edəcək.

Partiyanın üzvlərinin artıb-azalması məsələsinə toxunan R.Qurbanov qeyd edib ki, il ərzində AKP-yə 200-300 nəfər yeni üzv qəbul olunur. İş və digər sosial problemlərlə başqa ölkələrə gedən AKP-çilər isə partiyadan xaric olunmur.

Ədil Ədilzadə
AzNews.az