İspan hərbçilərinin iraqlı məhkuma işgəncə faktı - VİDEO

3 Aprel 2013 12:04 (UTC+04:00)
İspaniyanın "El Pais" qəzeti rəsmi internet səhifəsində İraq müharibəsinin 10-cu ilində bir qrup ispan hərbçisinin bir iraqlı məhkuma işgəncə vermələrini əks etdirən video görüntünü nəşr edib.

Yayılmış bu görüntülər İspaniya ordusunun beynəlxalq missiyalarında ilk işgəncə hadisəsi olduğu üçün ölkənin gündəminə çevrilib.

"El Pais" qəzeti İraq müharibəsinin 10-cu ilində Divaniya hərbi bazasında çəkildiyi iddia olunan videogörüntüləri dərc edib. Görüntülərdə ispan hərbçiləri iraqlı məhkumu yerdə sürüyərək ağır işgəncə verir.

İspaniyanın rəsmi xəbər agentliyi "EFE" Müdafiə Nazirliyinin videonun həqiqi olduğu təsdiq olunandan sonra hadisə ilə bağlı istintaqa başlanılacağını bildirib.

AzNews.az