Sabir Rzayevə Prezidentin fərdi təqaüdü verildi

10 Oktyabr 2018 18:19 (UTC+04:00)

Prezident İlham Əliyev Sabir Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

AzNews.az