Məktəbli avtobusu aşdı - Ölənlər var

10 Oktyabr 2018 18:39 (UTC+04:00)

Təbrizdə avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.

Avtobusda məktəblilər olub.

Şərqi Azərbaycan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Rəhim Şöhrətifər deyib ki, hadisə Xavəran şəhərciyində baş verib.

Qırmızı Aypara Cəmiyyəti və yanğınsöndürmə əməkdaşları hadisə yerinə cəlb olunublar.

Yaralıların əksəriyyəti evə buraxılıb, bir nəfər əməliyyat olunub.(trend.az)

AzNews.az