Özünü güllədi və öldü

3 Aprel 2013 13:03 (UTC+04:00)
Masallı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 2-də Masallı rayonunun Şərəfə kəndində qeydə alınıb. Kənd sakini Röyal Həsənov ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib və aldığı xəsarətdən xəstəxanada ölüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

İlkin yoxlama rayon prokurorluğu tərəfindən aparılır.

AzNews.az