Dünyanın ən hündür binası tikilir

3 Aprel 2013 13:13 (UTC+04:00)
ABŞ-ın Nyu-York şəhərində 2001-ci il 11 sentyabr hadisələri zamanı dağılmış Ümumdünya Ticarət Mərkəzinin yerində inşa edilən göydələnin müşahidə meydançası media nümayəndələrinə təqdim edilib.

2015-ci ildə açılışı planlaşdırılan göydələnin sonuncu 3 mərtəbəsi müşahidə meydançası kimi istifadə olunacaq. Meydança hündürlüyü 541 metr olan göydələnin 100, 101 və 102-ci mərtəbələrində yerləşir.

İlk olaraq qapılarını media nümayəndələrinin üzünə açan müşahidə meydançasından bütün Nyu-Yorku və ətraf əraziləri yaxşı görmək mümkündür. Hər il bu göydələnin müşahidə meydançasına 4 milyona yaxın adamın çıxacağı gözlənilir.

Yeni Ümumdünya Ticarət Mərkəzinin binası Qərb yarımkürəsində ən hündür bina, dünyada isə üçüncü ən hündür bina olacaq.

Bu, həm də çox gəlirli layihədir. Son 15 ildə ilk dəfə ABŞ-da bir layihənin 875 milyon dollaradək gəlir gətirəcəyi gözlənilir.


AzNews.az