Hakerlər WhatsApp yazışmalarına da yol tapdılar

10 Oktyabr 2018 23:15 (UTC+04:00)

WhatsApp messencerindəki zəifliyin hakerlərə istifadəçilərin akkauntlarına və yazışmalarına yol tapmağa imkan verdiyi aşkarlanıb.

Bu, istifadəçilərin görüntülü zənglərə cavab verdikləri an mümkün olurmuş.

Problem iOS və Android əməliyyat sistemləri üzərində çalışan qurğulara aiddir.

WhatsApp messencerindəki zəiflik avqustun sonunda aşkarlanıb. Oktyabrın əvvəlində isə WhatsApp-ın sahibi olan “Facebook” şirkəti problemin aradan qaldırıldığını bəyan edib.(oxu.az)

AzNews.az