“The New York Times” Səudiyyə vəliəhdindən üz çevirdi - Qaşıqçı skandalı

11 Oktyabr 2018 09:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən yazır ki, ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın təşkilatçılığı ilə keçiriləcək “Gələcəyə İnvestisiya Təşəbbüsü” konfransının sponsoru olmaqdan imtina edib.

Bu barədə qəzetin sözçülərindən olan Aylen Mörfi məlumat verib.

İmtinanın səbəbi itkin jurnalist Camal Qaşıqçının aqibəti ilə bağlı vəliəhd şahzadə haqqında olan iddialardır.

Qeyd edək ki, “The Washington Post” qəzetindəki məqaləyə görə, İbn Salman bəzi vədlərlə Qaşıqçının Ərəbistana gətirilməsi və burada həbs olunması ilə bağlı göstəriş verdiyi fikrini irəli sürmüşdü.

Nurlan AĞA
AzNews.az