Mourinyonun niyə evi yoxdur? - Otelə sərvət ödəyir

11 Oktyabr 2018 10:58 (UTC+04:00)

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandada 3-cü mövsümünü keçirməsinə baxmayaraq, hələ də oteldə qalır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, evdə yaşamaq əvəzinə, Mançesterdə 5 ulduzlu “Lowry otel”də qalmağa üstünlük verən mütəxəssisin 3 ilə yaxın müddətdə oteldə yaşamaq üçün nə qədər pul xərclədiyi məlum olub. Portuqaliyalı məşqçinin indiyə qədər otelə xərclədiyi pulun 500 min pounda yaxın olduğu deyilir.

55 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la 2020-ci ilə qədər müqaviləsi var.

Turan

© AzNews.az