“Seçkilərdə iştirakım mümkün ola bilər“

3 Aprel 2013 13:49 (UTC+04:00)
Bir müddət əvvəl Modern.az-a açıqlamasında 2013-cü il prezident seçkilərində iştirak etmək niyyətində olmadığını deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu fikrini dəyişib.

ADP sədri Modern.az-a bildirib ki, pariyadaşlarının təkidi ilə prezidentliyə namizədliyini verməsi mümkündür.

"Bizim partiyada iki fikir formalaşıb. Bir qrup deyir ki, partiya seçkilərdə öz namizədi ilə çıxış eləsin. Digər bir qrup isə bildirir ki, başqa partiyalarla alınmasa, seçkilərə "Qarabağ" bloku ilə birlikdə gedək. Hələlik bu barədə yekun qərar yoxdur. Seçkilərdə iştirakım mümkün ola bilər". Qeyd edək ki, "Qarabağ" blokundan Ümid partiyasının sədri, deputat İqbal Ağazadə prezidentliyə nazmizəd olacaq.

AzNews.az