Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı

11 Oktyabr 2018 11:34 (UTC+04:00)

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununu keçirib.

Millimiz özü kimi autsayder olan Bolqarıstan yığması ilə qarşılaşıb və 0:3 uduzub (19:25, 20:25, 20:25).

Bununla da millimiz dünya çempionatında cəmi iki qələbə qazanıb və digər yeddi oyunda uduzub. (oxu.az)

© AzNews.az