Türkiyəli məşhurlar Bakıda poz verdi

11 Oktyabr 2018 12:16 (UTC+04:00)

Türkiyəli məşhurlar, müğənni Halil Sezai və aktrisa Müge Boz yenidən Bakıya gəlib.

Onlar çəkildikləri Azərbaycan filmi - “Qış nağılı” üçün ölkəmizə təşrif buyurub.

Filmin afişası üçün kamera qarşısına keçən məşhurlar fotoqraf İsmayıl Rzayevin obyektivinə poz veriblər.

Qeyd edək ki, filmin çəkilişləri yay aylarından başlayıb. Filmin rejissoru Cəfər Axundzadədir.