Oğru qadın kameraya düşdü - Video

11 Oktyabr 2018 13:16 (UTC+04:00)

Bakıda “28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb.

Zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub.

Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib.

Zərərçəkmişin sözlərinə görə, pulqabıda az məbləğ olub. (oxu.az)

© AzNews.az