Bundan sonra "Turkey" yox...- Rəsmən bəyan edildi

11 Oktyabr 2018 14:31 (UTC+04:00)

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkənin tanıdılmasında əhəmiyyətli dəyişikliklər ediləcəyini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir bundan sonra Türkiyənin təqdimatlarında “Turkey” yerinə “Turkish” ifadəsindən istifadə olunacağını söyləyib. Klassik üsullardan fərqli olaraq, texnologiya və yeni ünsiyyət vasitələri ön plana çıxarılacağını deyib.

Nuri Ersoy il sonuna qədər yeni bir təqdimat şüarı və yeni bir təqdimat proqramı hazırlanacağını da bildirib.

Nigar CƏFƏR
AzNews.az