Kosmik gəmidə qəza

11 Oktyabr 2018 15:56 (UTC+04:00)

Qazaxıstanda Baykonur Kosmos Bazasından Beynəlxalq Kosmos Stansiyasına gəlməsi gözlənilən “Soyuz MS-10” kosmik gəmisinin işə salınması zamanı qəza baş verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, içərisində Rusiya və ABŞ kosmonavtları olan gəminin Qazaxıstana təcili eniş etməsi gözlənilir.

Kosmonavtların səhhəti normaldır.

Nigar CƏFƏR

AzNews.az