«N!DA»çı Rəşadətin məhkəməsi olacaq

3 Aprel 2013 14:34 (UTC+04:00)



Bu barədə "Qafqazinfo"ya hərəkatın mətbuat koordinatoru Elmin Bədəlov məlumat verib.

E. Bədəlov bildirib ki, şikayət R. Axundovun həbsinin qanunsuz hesab edilməsi və həbs-qətiimkan tədbirinin ləğv olunması ilə bağlı verilib. İşə hakim Mirpaşa Hüseynov baxacaq.

Qeyd edək ki, martın 30-da Nəsimi rayon Məhkəməsi "N!DA"çı Rəşadət Axundov barəsində 3 aylıq həbs qərarı çıxarıb. Ona qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az