Prezident İcmalar Palatasının sədr müavinini qəbul etdi

3 Aprel 2013 14:46 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib.

Görüşdə Azərbaycan ilə Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az