Baş nazir ABŞ-a gedəcək

3 Aprel 2013 14:51 (UTC+04:00)
Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın gözlənilən ABŞ səfəri mayın 16-da baş tutacaq.

İkigünlük səfər çərçivəsində R.T.Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşəcək.

SalamNews-un "CNNTürk"ə istinadla verdiyi xəbərə görə, görüşdə əsasən İsrail-Türkiyə əlaqələri və Suriyadakı hadisələri, həmçinin İraqdakı vəziyyət, Türkiyə ilə ABŞ arasındakı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

AzNews.az