Həmsədrlər Bakını gəzdilər

3 Aprel 2013 15:03 (UTC+04:00)


APA-nın məlumatına görə, İçərişəhərə gedən həmsədrlər Qız Qalası, Karvansaray və digər tarixi binalarla tanış olmaq fürsəti əldə ediblər. Vasitəçilər Bayraq Meydanına da baş çəkiblər. Jurnalistlərə açıqlama verən həmsədrlər bildiriblər ki, regiona səfərin nəticələrini səfər başa çatdıqdan sonra şərh edəcəklər.

Xatırladaq ki, vasitəçilər dünən prezident İlham Əliyevlə görüşüblər. Onlar sabah ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirəcəyi monitorinqdə iştirak edəcək, təmas xəttinin qarşı tərəfinə keçəcək, aprelin 5-də isə Bakıya qayıdacaqlar. Həmsədrləri səfərin yekunları ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.

AzNews.az